Bu gün "Zengin kız, fakir oğlan" serialının aktyor truppası mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, millət vəkili Qənirə Paşayeva, serialın məhşur aktyorları Ufuk Özkan və Hüseyin Avni Danyal, kinonun prodüsseri Birol Güven, əməkdar artistlərdən Sənubər İsgəndərli, Vəfa Zeynalova, akyorlardan Əzizağa Əzizov, Qurban Məsimli, xalq artisti Briliant Dadaşova, media nümayəndələri və başqaları iştirak ediblər.
Mətbuat konfransını giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "Zengin kız, fakir oğlan" serialı haqqında danışıb: "Türkiyə ilə Azərbaycan qardaş ölkədir. "Zengin kız, fakir oğlan" serialını Azərbaycanda çəkilməsi ilə 2 ölkənin daha da yaxın olmasını istəyirik. Ümid edirəm ki, bu serial Türkiyədə sevildiyi kimi Azərbaycanda da maraqla izlənilər. Onu da deyim ki, sözügedən serialın çəkilişləri sentyabr ayında baş tutacaq".
Daha sonra tədbirdə söz alan serialın prodüsseri Birol Güven "Zengin kız, fakir oğlan" kinosu barədə öz təəsüratlarını bölüşüb: "Azərbaycana ilk səfərimiz olsa da, özümüzü qonaq kimi hiss etmirik. Buna səbəb isə buradakı insanların bizə qarşı hörmət və ehtiram göstərmələridir. "Zengin kız, fakir oğlan" serialını Azərbaycanda çəkməklə bir daha sübut etdik ki, biz "İki millət, bir dövlətik"".
Qeyd edək ki, mərasim türkiyəli sənətçilərin maraqlı söhbətləri ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB