Əməkdar artist şairəlik edəcək

Əməkdar artist şairəlik edəcək

Əməkdar artist Mətanət İsgəndərlidən xəbər var. İfaçı sözləri Türkiyənin məhşur nəğməkar şairəsi Ayşe Birgül Yılmaza, musiqisi isə Elza Seyidcahana məxsus "Gözlərin" adlı mahnıya klip çəkdirir. Bu barədə Mətanət İsgəndərli özü SİA-ya açıqlamasında deyib: "Elza ilə illərdir, rəfiqəlik edirəm. Amma bu il ərzində Elza mənə cəmi 1mahnı hədiyyə edib. Onu da deyim ki, sözügedən musiqi 5 il bundan öncə aranjiman olunub. "Gözlərim" adlı mahnını bu yaxınlarda lentə aldıq. Mahnının sözləri çox təsirldir. İnşallah, yaxın günlərdə adıçəkilən mahnıya klip də çəkdirəcəm".

Qeyd edək ki, əməkdar artist yay aylarında yazdığı şerlərdən ibarət albom da çıxarmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə