Şoumen Azər Axşamın təqdimatında "Başla Görək" verilişi 100 proqramını geridə qoyub. SİA-nın verdiyi xəbərə görə, hazırda həftə içi hər gün efirdə olan proqramın əsas məqsədlərindən biri iştirakçıları əyləncəli və maraqlı oyunlarla əyləndirmək və qazananlara hədiyyə təqdim etməkdir. 100 proqramı geridə qoyan kollektiv ilk gündən indiyə kimi tamaşaçı rəğbətini qazanmağı bacarıb. Verilişin sabahkı buraxılışı isə özəl olacaq. Yubiley buraxılışı ilə tamaşaçı qarşısına çıxan "Başla görək" elə bu səbəbdən maraqlı izləyicilərinə həycanlı anlar vəd edir. 100-cü proqramda şou-biznesin evli cütlükləri yarışacaq. Qalib ailəyə 1000 manat dəyərində 11 ədəd məişət əşyası hədiyyə ediləcək.
Qeyd edək ki, proqramda daha çox gənclərin iştirakı düşünülsədə, hər yaş qrupundan və müxtəlif peşə sahiblərinin qurduğu komandalar bu yarışmada iştirak edə bilər. İştirakçılarına və tamaşaçısına bol-bol hədiyyə qazandıran "Başla görək" proqramı gələn mövsümdə də maraqlı oyunları ilə iştirakçılarını gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB