Azərinin özəl qonaqları kimdir?

Azərbaycanın əməkdar artisti Azərinin bu axşam Türkiyə səhnəsində çox özəl qonaqları olacaq. SİA-nın verdiyi xəbərə görə, Türkiyənin TRT Avaz telekanalında yayımlanan "Azərinlə bir axşam" proqramında Azərbaycanın çox önəmli, dəyərli sənətkarları xalq artisti Afaq Bəşirqızı və əməkdar artist İlqar Muradov Azərinin xüsusi qonaqları olaraq Türk səhnəsində çıxış edəcəklər. Verilişi haqqında Azərinin özü danışıb: "Uzun zamandır ki, Türkiyədə həm sənətçi, həm də aparıcı olaraq fəaliyyət göstərirəm. Bu günə qədər Türkdilli dövlətlərdən bir çox tanınmış incəsənət xadimləri qonağım olublar. Ancaq Azərbaycandan bu axşamki qonaqlarım qədər dəyərli, böyük sənətkarlar verilişə dəvət almamışdılar. Əslində hər iki sənətkar Azərbaycan mədəniyyətinə kifayət qədər ləyaqətlə, şərəflə xidmət edən insanlardır. Mən onları fəxrlə təqdim edəcəm. Sevinirəm ki, Azərbaycanın böyük sənətkarları ilə Türk tamaşaçılarını görüşdürəcəm".

Qeyd edək ki, "Azərinlə bir avaz" verilişinin bu dəfə ki, buraxılışı sırf Azərbaycana həsr olunub. 28 may- Respublika günü münasibətilə təşkil olunan gecədə tamaşaçıları maraqlı anlar gözləyir. Gecədə Azərbaycanın Cumhuriyyətinin yaranma tarixindən, Azərbaycan mədəniyyətindən, tarixindən geniş danışılacaq. Proqramda bu axşam yalnız Azərbaycan bəstələri səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə