"Muhteşem yüzyıl"ın Hürremi serialdan ayrıldı

"Muhteşem yüzyıl"ın Hürremi serialdan ayrıldı

Türkiyəli aktrisa Məryəm Uzerli müəyyən kütlə tərəfindən sevilən "Muhteşem yüzyıl" serialından ayrılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, onun serialdan ayrılmağına səbəb səhhəti ilə bağlı olub. Aktrisa müalicə almaq üçün Almaniyaya üz tutub. Deyilənlərə görə, Məryəmlə serial rəhbərləri razılaşmasa, aktrisa filmdən ayrılacaq.

Qeyd edək ki, artıq internetdən Məryəm Uzerlinin bənzəri belə tapılıb. Betül Çiçek adlı xanım eynən aktrisaya oxşayır.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə