Türkiyənin mərhum müğənnisi Müslüm Gürsesin əşyaları sərgilənəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənninin göz açdığı Urfada əşyalarından ibarət muzey sərgisi keçiriləcək. Bu işlə ciddi məşğul olan Celalettin Güvenç mərhumun yaxınlarından ona kömək etməsini xahiş edib: "Müslüm Gürsesin həyat yoldaşı bizə vacib olan əşlayarı verib. Ümid edirəm ki, sözügedən sərginin açılışı maraqlı olacaq. Açılışa hər birinizi dəvət edirəm".
Qeyd edək ki, sənətkar Müslüm Gürses 1 mart 2013-cü ildə dünyasını dəyişib.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB