İfaçı Gürcüstana yola düşür

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, vokal ifaçısı Cahangir Qurbanov növbəti klipinin çəkilişlərinə start verəcək. SİA-nın verdiyi xəbərə görə, rus-dilli mahnıların ifaçısı kimi tanınan müğənni bu dəfə də ənənəsinə sadiq qalacaq. İfaçı "Moya bezumnaya lyubov" mahnısı ekranlaşdıracaq. Bu, onun sayca 8-ci klipi olacaq.

Nəzərinizə çatdıraq ki, Nail Naiboğluya həvalə edilmiş klipin çəkilişləri Gürcüstanda aparılacaq. Cahangir Qurbanov klipmeyker Nail Naiboğlunun rəhbərlik etdiyi çəkiliş qrupu ilə birlikdə Gürcüstana yola düşəcək. Yaradıcı qrupun səfəri ayın sonunda - 31 mayda başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Cahangir Qurbanov teatrda işlədiyi qısa müddət ərzində bir neçə səhnə əsərində rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə