Xalq artisti estetik əməliyyat etdirib?

Xalq artisti estetik əməliyyat etdirib?

Xalq artisti Nisə Qasımova qalmaqala səbəb olan fotolarından danışıb. O, SİA-ya açıqlaması zamanı şəkilləri haqqında yayılan söz-söhbətə aydınlıq gətirib: "Dünən bacım oğlu ilə stilist Samiraldonun (Samir Əliyev) yanına getdim. Samiraldo mənə məsləhət gördü ki, saçlarımın rəngini dəyişsin və parıltılı dodaq boyasından istifadə etsin. Məndə onun təklifini dəyərləndirdim. Sonra şəkillər çəkdirdik. Samiraldo da həmin fotoları facebookda paylaşıb. 7 kiloqram kökəldiyim üçün fotolarda üzüm kök düşüb. Bəzi saytlar şəkilləri görərək yazıblar ki, Nisə Qasımova üzünü botoks etdirib, dodaqlarına gel vurub. Mən heç bir şey etməmişəm. İnsanları aldatmağı və yalan sevmirəm".

Qeyd edək ki, xalq artisti Nisə Qasımova 1 il bundan öncə üzündə estetik əməliyyat etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə