Aygün Kazımovadan sonra bir neçə müğənni ilə əməkdaşlıq etmək istəsə də, uğurlu nəticə əldə etməyən prodüsser Sayqa Cahid gənc müğənni Yaqut Nərimanla işbirliyinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, sözügedən xanım "Azəristar" 2008 müsabiqəsinin iştirakçısı olub.
Nəzərinizə çatdıraq ki, Yaqut Nəriman "Azəristar" 2008 müsabiqəsindən sonra solo karyeraya başlayıb. Ailə qurduqdan sonra sənətdən uzaqlaşıb.
Qeyd edək ki, Sayqa Cahid və Yaqut Nəriman hazırda böyük layihə üzərində çalışırlar. Layihədən sonra ilk işləri Yaqutun ifasında "Yar-yar" adlı xalq mahnısına klip çəkdirmək olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB