Müğənnini şərlədilər

Türkiyənin məhşur müğənnisi Rafet El Roman keçmiş nişanlısı Ceren Kaplakarslanın atasını məhkəməyə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Rafetin keçmiş sevgilisinin atasının məhkəməyə verməsinə səbəb müğənniyə böhtan atması olub. Bu haqda sənətçinin vəkili danışıb: "Atilla Kaplakarslan müvəkkilimə şər ataraq xidmətçisini Rafetdən hamilə olduğunu iddia edir. Bu xəbər hər kəsi şoka salıb. Hətta ifaçının qızlarına və ailəsinə psixoloji baxımdan təsir edib".

Qeyd edək ki, müğənni Rafet El Roman keçmiş nişanlısının atasından 60 min manat təzminat istəyib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə