“Mələklərin ürəyi” xeyriyyə aksiyası

“Mələklərin ürəyi” xeyriyyə aksiyası

22 may tarixində "Uşaqların xoşbəxt gələcəyi" İctimai Birliyinin təşkilatçılığı ilə daha bir xeyriyyə tədbiri həyata keçirilib. Birliyin sədri Nərgiz Kərimovanın SİA-ya verdiyi məlumata görə, qarşıdan gələn "Uşaqların müdafiə günü" münasibətilə keçirilən mərasimdə bir sıra oyunlar və lotoreyalar keçirilib: "Məşhur brendlərin sponsorluqları ilə ürək qüsurlu uşaqlara yardım olunacaq. Onlardan gələn gəlirlər əməliyyatlarına sərf olunacaq. Toplanılan 15 min manatdan çox məbləğlə iki ürək qüsurlu uşaq Gülər Bayramova və Orxan Taxarov bu günlərdə əməliyyat üçün Ukraynaya yola düşəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə