Azərbaycanlı müğənnini “aldatdılar”

Azərbaycanlı müğənnini “aldatdılar”

Gənc olmasına baxmayaraq istedadlı müğənni Fəqan Səfərovun yaradıcılığında yenilik var. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Yalan" adlı mahnısına klip çəkdirib. Klip xəyanətdən bəhs edir. Klipə ekran işini isə Salam Məmmədəliyev verib.

Qeyd edək ki, adıçəkilən mahnının sözləri Rəna Mirzəyevaya, musiqisi Nailə Mirməmmədliyə, aranjimanı isə Əvəz Muradova məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə