“İmperator”un səhhəti yenidən pisləşib?

“İmperator”un səhhəti yenidən pisləşib?

Türkiyə musiqisinin "İmperatoru" İbrahim Tatlıses səhhəti haqqında məlumat verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, şəxsi twitter səhifəsində hazırda səhhətində heç bir problem olmadığını qeyd edib: "Çox sağ olun ki, mənim səhhətimlə bağlı maraqlanırsınız. Nəzərinizə çatdırım ki, silahlı hücumdan sonra 3 ay yataq şəraitində istirahət etdim. Ona görə, bütün əzələlərim zəiflədi. İndi isə gəzirəm, yemək yeyirəm. Allaha şükürlər olsun ki, indi hər şey qaydasına düşüb"

Qeyd edək ki, məhşur müğənni İbrahim Tatlıses 2011-ci ildə "İbo Show" verilişindən çıxarkən silahlı hücuma məruz qalmışdı.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə