Türkiyənin məhşur müğənnisi Seda Sayanın sevgilisi Erkan Çeliyin başına maraqlı hadisə gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Erkanın avtomobilindən ilan çıxıb. Erkan Çelik maşınına minmək istəyərkən ilanı görərək şoka düşüb. Özünü itirməyən Erkan ilanı öldürərək şəklini çəkib. Sonra isə ölmüş ilanın fotosunu sosial şəbəkələrdə paylaşaraq bu sözləri yazıb: "Avtomobilimin içindən ilan çıxdı. Uzunluğu isə 1 metr olardı".
Qeyd edək ki, Erkan Çelik müğənni Seda Sayanla twitterdə tanış olub. 2 uşaq atası olan Erkan ifaçı ilə tanış olduqdan sonra keçmiş həyat yoldaşı Eminə ilə boşanıb.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB