Orxan: “Həmkarlarıma salam verməyə xəcalət çəkirəm”

Orxan: “Həmkarlarıma salam verməyə xəcalət çəkirəm”

Azərbaycanlı müğənni Orxan Babazadə şou-biznesdəki kişilərdən söz açıb. SİA-ya açıqlama verən ifaçı səhnədə kişi sifətli sənətçilərin az olduğunu dilə gətirib: "Səhnəyə kişi sifətli müğənni lazımdır. Bəzən tədbirlərdə elə həmkarlarımla qarşılaşıram ki, salam verməyə belə xəcalət çəkirəm. Gərək uzaq gəzim ki, üzlərini görməyim".

Orxan xalq artisti Nisə Qasımova ilə iş birliyindən də danışıb: "Türkiyədə "sənət babası" kimi tanınan Orhan Gəncəbaydan sonra mənə yeganə dəstək Nisə xanım oldu. Nisə xanım böyük sənətkar və səmimi insandır. Onu da deyim ki, Orhan Gəncəbayın mahnısı ilə yanaşı "Sən mənim gözəlimsən" adlı mahnımın remix variantını hazırlayıram. Yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə