Bir müddət öncə "Keyxanım" kimi tanınan aktrisa Ülviyyə Əliyevanın nişanlanması xəbəri yayılmışdı. Ardınca isə xanım aktrisanın qısqanclığa görə nişanının qaytarıması məlumatı media aləmində böyük səs-küy doğurdu. Məsələni dəqiqləşdirmək üçün Ülviyyə Əliyevanın özü ilə əlaqə saxladıq. SİA-ya şəxsi həyatı barədə açıqlama verən xanım Əliyeva əsəbi halda gəzən şayiələrə aydınlıq gətirdi: "Bir müddət bundan öncə media işçiləri söylədilər ki, nişanlanmışam. İndi isə yazıblar ki, nişanımı qaytarmışam. Jurnalistlərimizə demək istəyirəm ki, mən nə vaxt nişanlandım ki, geri də qaytarım? Hələ elçi belə gəlməyiblər. Onu da deyim ki, mənim adımdan bəzi saytlar yalan informasiyalar yazırlar. Bu haqda artıq danışmaq istəmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB