Türkiyəli məhşur aktyor Oktay Kaynarca boşanır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun boşanma səbəbi həyat yoldaşı Mələk Angünün həddindən artıq qısqanc olmasıdır. Tez-tez aralarında mübahisə yaranan aktyor məhkəmə zamanı bu sözləri dilə gətirib: "Aramızda gedən mübahisələr evləndiyimizin ilk günlərindən başlayıb. Məni qısqandığı üçün dava yaradıb təhqir edir. O bilirdi ki, mən səhnə adamıyam. Kifayət qədər də dostlarım var. Onu da deyim ki, ailə üzvlərimlə belə görüşməyimi istəmir. Bu və digər səbəblər üçün boşanmaq istəyirəm".
Qeyd edək ki, aktyor Oktay Kaynarca və həyat yoldaşı məhşur reklamçı Mələk Angün keçən ilin iyul ayında ailə həyatı qurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB