Muğam ifaçısının konsertində nələr yaşandı?

Muğam ifaçısının konsertində nələr yaşandı?

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında muğam ifaçısı Bahar Lətifqızının solo konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, onu təbrik etmək üçün xalq artistləri, müəllimlər, media nümayəndələri və başqaları təşrif buyurub. Konsert Bahar Lətifqızının kiçik yaşlarını xatırladan video çarxla başlayıb.

Daha sonra səhnəyə alqışlarla çıxan Bahar xanım öz ifa tərzi ilə zalda əyləşənləri valeh edib. Onu təbrik etmək üçün xalq artisti Canəli Əkbərov çıxış edərək Bahara uğurlar arzu edib. Onun bu xoş sözlərinə müəllimi Sabir bəy də qoşularaq, tələbəsinin böyük səs imkanına malik olduğunu dilə gətirib.

Nəzərinizə çatdıraq ki, ifaçı konsert zamanı xalq və bəstəkar mahnılarına müraciət edib.

Qeyd edək ki, Bahar Lətifqızının bütün çıxışları alqışlarla qarşılanıb.

Foto müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə