Azərbaycanlı müğənni münsif olacaq

Azərbaycanlı müğənni münsif olacaq

İfaçı Roza Zərgərli Türkdilli ölkələrin etno-estrada Beynəlxalq musiqi müsabiqəsində iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, müğənni münsiflər heyətinin tərkibinə daxil olub. Konkurs TÜRKSOY Beynəlxalq təşkilatın və Türkiyənin Silifkə şəhərinin bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən "Silifkedə mədəniyyət həftəsi" çərçivəsində baş tutacaq.

Qeyd edək ki, müsabiqədə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tatarıstan və digər ölkələrin nümayəndələri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə