Şou-biznesdə növbəti qadağa

"Əziz müəllimim" mahnısının bəstəkarı Sevinc Ağasıyeva, mahnının gənc müğənni Sevinc Musayevanın ifasında səslənməsinə qadağa qoyub. Bəstəkar xanımdan sözügedən mahnını Sevinc tərəfindən oxunmasına razı olmamağının səbəbini öyrənmək istəsək də xanım Ağasıyeva SİA-ya açıqlaması zamanı dəqiq informasiya vermədi: " "Əziz müəllimim" adlı mahnının bundan sonra Sevinc tərəfindən ifa olunmasını istəmirəm. Mətbuat vasitəsi ilə bəyan edirəm ki, "Əziz müəllimim" adlı mahnımın bundan sonra Sevinc Musayeva tərəfindən ifa olunmasına razı deyiləm, qadağa qoyuram. Xanım sənətçiyə bir daha xatırladıram ki, indiyə qədər ona hədiyyə etdiyim bütün mahnıların da onun tərəfindən sələnməsini istəmirəm. Əgər Sevinc Musayeva mənim mahnılarımı televiziya kanalında, radiolarda, tədbirlərdə, el şənliklərində oxusa, tərəfimdən ciddi ölçü götürüləcək. Güman edirəm ki, hər ikimiz mədəni insanlarıq və aramızda problem yaranmayacaq".

Qeyd edək ki, söhbət zamanı bəstəkar xanım onu da qeyd edib ki, "Əziz müəllim" mahnısını tamaşaçılar yaxın zamanlarda başqa tanınmış müğənnilərdən birinin ifasında eşidəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə