Türkiyəli sənətçinin konsertində tamaşaçıları nələr gözləyir?

Türkiyəli sənətçinin konsertində tamaşaçıları nələr gözləyir?

Türkiyəli sənətçi Davut Güloğlu Azərbaycana səfər edəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçının paytaxtımıza təşrif buyurmasına səbəb həmkarları kimi konsert verməsidir. Sözügedən konsert proqramı iyun ayının 29-da, Hollivud istirahət mərkəzində baş tutacaq. Davut Güloğlu ilə eyni səhnəni şəhərimizdə dəfələrlə qonaq olan Dj Erdi Erdoğan bölüşəcək. Qardaş ölkənin sənətçiləri konsertlə bağlı hətta Azərbaycan tamaşaçılarına da müraciət edib.

Qeyd edək ki, konsertin təşkilatçısı Samir Xattabdır. HAS productionun ərsəyə gətirdiyi konsertdə tamaşaçılara super əyləncə vəd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə