Sibel Can 3 saata 500 manat istədi

Türkiyənin tanınmış müğənnisi Sibel Can paytaxtımızın qonağı olacaq. SİA-nın verdiyi xəbərə görə, müğənni iyun ayının 25-də "Hollivud" əyləncə mərkəzində canlı konsert proqramı ilə çıxış edəcək. Azərbaycana orkestri ilə birgə təşrif buyuran türkiyəli sənətçi 3 saat oxuyacaq.

Qeyd edək ki, Sibel Canın konsertinin biletlərinin qiyməti 300-500 AZN arasında dəyişir.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə