Xit paradların birincisi oldu

Böyük Britaniyanın tanınmış müğənnisi Adel birinciliyi ilə fərqlənib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçının "21" adlı albomu dünya üzrə birinci yerə çıxıb. Albom 2011-ci ildə işıq üzü görməsinə baxmayaraq , yenə də dinləyicilər tərəfindən sevilir.

Qeyd edək ki, ikinci yerdə Taylor Sviftin "Red" albomu, üçüncü yerdə isə One Direction qrupunun "Up All Night" albomudur.

Bütün xəbərlər Facebook səhifəmizdə