Röya pulsuz oxuyacaq

Topaz Premyer Liqasının qalibi "Neftçi" mayın 19-da sonuncu turda "Bakı" ilə qarşılaşacaq. Həmin gün Premyer Liqanın qaliblərinin mükafatlandırılması da nəzərdə tutulub. SİA-nın verdiyi xəbərə görə, matçdan dərhal sonra möhtəşəm atəşfəşanlıq, eləcə də konsert proqramı azarkeşləri gözləyir.

Təqdimetmə mərasiminin xüsusi müğənni qonağı isə Röya olacaq. Matç Bakcell Arenada keçiriləcək və saat 20:30-da başlayacaq. Oyuna giriş pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə