Aktyor tanınmaz hala düşüb

Xəbər vermişdik ki, Amerikanın məhşur aktyoru Macaulay Culkin narkotik istifadəçisinə çevrilib. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı aktyor indi də həddindən artıq siqaret çəkməyə başlayıb. Bu da Culkinin yaxınlarını çox narahat edir. Aktyor gün ərzində 60 –dan çox siqaret çəkir.

Nəzərinizə çatdıraq ki, Macaulay Culkin ögey bacısı 2000-ci ildə narkotik aludəçisi olduğu üçün dünyasını dəyişib.

Qeyd edək ki, aktyor Macaulay Culkini məhşurlaşdıran "Evdə tək başına" filmi olub. Sonuncu dəfə 2007-ci ildə "Sex and Breakfast" kinosunda yer alıb. Məhşur aktyor hazırda isə dj-lik edərək pul qazanır.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə