Məhşur modelin evi qarət olundu

Hazırda Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın evi qarət olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, gecə saat 4-də modelin evinə oğru girib. Günayın kompüterini götürən oğru daha sonra evdəki kameralar və xəbərdarlıq siqnallarını sındırıb.

Nəzərinizə çatdıraq ki, xanım Musayeva məsələ ilə bağlı polisə müraciət edib.

Qeyd edək ki, model Günay Musayeva türkiyəli aktyor Tolga Karelin həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə