Müğənninin daha bir bacarığı ortaya çıxdı FOTO

Müğənninin daha bir bacarığı ortaya çıxdı FOTO

Türkiyədən yenicə qayıdan azərbaycanlı müğənni Kərim Abbasov bir müddət bundan öncə ifaçılıqla yanaşı, bəstəkarlıq etdiyi zamanlardan söz açıb. O, hətta həmkarı Röyaya mahnı yazdığını deyib. SİA-ya açıqlama verən Kərim hazırda da bəstəkarlıq etdiyini dilə gətirib: "Bir müddət bundan öncə müğənniliklə birgə mahnı da yazırdım. İfaçı Röyaya "Ana" mahnısını bəstələmişəm. Röya sözügedən mahnını 3 konsertdə səsləndirib. Daha sonra özümə "Bağışla məni" mahnısını yazmışam. Çox da uğurlu alınıb. Düzdür, bir müddət bəstəkarlığıma fasilə versəm də, yenidən fəaliyyətimi davam etdirirəm. Hazırda radio dalğalarında "Sevgi himni" mahnım səslənir. Bu yaxın dövrdə də Nüsrət Kəsəmənlinin "Mənə bir az ondan danış" şeirinə mahnı yazacam. Onu da deyim ki, bəstəkarlar məndən inciməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə