Mayın 4-də yol polisinin keçirdiyi reyd zamanı müğənni Tunar Rəhmanoğlunun saxlanılması barədə xəbər vermişdik. SİA-ya açıqlama verən Zaur Bağırov dünən Tunarın artıq azadlığa buraxıldığını deyib: "Dünəndən etibarən Tunar Rəhmanoğlu azadlığa buraxılıb. Hazırda istirahət edir, yatır. Sonra isə polis əməkdaşları tərəfindən saxlanılan avtomobilini nəzarətdən çıxarmaq istəyir. Onu da nəzərinizə çatdırım ki, sənətçi bu yaxınlarda media nümayəndələri ilə görüşüb mətbuat konfransı keçirəcək".
Qeyd edək ki, müğənni Tunar Rəhmanoğlu polisin qanuni tələbinə məhəl qoymayaraq, idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməmişdi. Bu zaman yol polisi əməkdaşları ilə T. Rəhmanoğlu arasında insident yaşanmışdı. Daha sonra hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları müğənnini saxlayaraq barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparmışdılar. Məhkəmənin qərarı nəticəsində müğənni 10 sutka həbs və bir il müddətinə sürücülük hüququndan da məhrum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB