“Bir mələyin ürək səsi”

Bu gün bəstəkar Sevinc Tofiqqızının "Bir mələyin ürək səsi" adlı diskinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, bəstəkarın kompozisiyalarından ibarət diskdə Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş "Gözlərə nur verən mələk" və Atatürkə həsr olunmuş "Mənim Atatürküm" kompozisiyası təqdim olunub.

Tədbirdə iştirak edən Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmed Arslan çıxış edərək bəstəkarı təbrik edib: "Mən Sevinc xanımı bir ildən çoxdur tanıyıram. Çox gözəl bəstəkardır. Eyni zamanda o, musiqi üzrə mənim oğluma dərs deyir. Yəni oğlumun müəlliməsidir. Mən onu bu albom münasibəti ilə təbrik edirəm. Sevinc xanımın Zərifə Əliyeva və Atatürkə həsr etdiyi kompozisiyalarını çox dəyərləndirirəm".

Təqdimatda Sevinc xanımı təbrik etmək üçün gələnlər arasında xalq artisti Flora Kərimova, müğənnilərdən Mila və Vüqar Muradov da olub. Onlar da öz növbələrində çıxış edərək Sevinc Tofiqqızını təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə