Kaspi Təhsil Mərkəzinin balacaları nələrə qadirdir ?

Kaspi Təhsil Mərkəzinin balacaları nələrə qadirdir ?

Azərbaycan Dövlət Kukla Teatrında Kaspi Təhsil Mərkəzinin məktəbə qədər təhsil almış uşaqları Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə və Gül bayramına həsr olunmuş tamaşada aktyor kimi çıxış ediblər. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Kaspi Təhsil Mərkəzinin direktor müavini Aydın Əliyev, Azərbaycan Dövlət Kukla Teatırının direktoru Rəşad Əhməd, müğənnilər Günay İbrahimli, Roza Zərgərli, Kamil, Eldəniz Məmmədov, aşıq Mübariz, aktrisa Ülviyyə Əliyeva, uşaqlar, media nümayəndələri və başqaları iştirak edib.

Kaspi Təhsil Mərkəzinin direktor müavini Aydın Əliyev tədbirlə bağlı ətraflı məlumat verib: "Bu tədbir Kaspi Təhsil Mərkəzinin və Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilir. Mərasimdə Kaspi Təhsil Mərkəzinin məktəbə qədər təhsil almış uşaqlar aktyor kimi çıxış edəcəklər. Bizim "Cırtdan" xarici nağıl qəhrəmanlarını sözügedən mərasimə dəvət edəcək".

Daha sonra tədbir 5-6 yaşlı uşaqların canlandırdığı "Cırtdan" nağılı ilə davam edib. Balacalar səhnədə göstərdikləri məharətlə zalda əyləşənləri valeh ediblər. Sonra onlar özlərinə məxsus formada şeirlər deyərək qonaqlar tərəfindən alqışlanıblar. Uşaqların bu sevincinə şou-biznes nümayəndələri, müğənnilər Günay İbrahimli, Roza Zərgərli, Kamil, Eldəniz Məmmədov, aşıq Mübariz də qoşulub.

Qeyd edək ki, mərasim maraqlı anlarla yadda qalıb.

Foto müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə