Uzun fasilədən sonra səhnəyə qayıdan reper Hüseyn Dərya ulduz xəstəliyindən danışıb. O, sözügedən xəstəliyə tutulduğunu deyib. SİA-ya açıqlama verən reper şou-biznesdə olan hər kəsin bu xəstəlikdən əziyyət çəkdiyini dilə gətirib: "Etiraf edirəm ki, ulduz xəstəliyinə tutulmuşam. Ümumiyyətlə, incəsənət adamlarının əksəriyyəti sözügedən xəstəliyə düçar olublar. Bizim bu xəsətliyə tutulmağımıza səbəb yüksək yerləri fəth etməyi fikirləşməyimizdir. Odur ki, ulduz xəstəliyindən əziyyət çəkən insanlara dırnaqarası yanaşmaq lazım deyil".
Hüseyn Dərya sənətçilər haqqında maraqlı məqama toxunaraq sirlərinin üstünü açıb: "İncəsənət adamlarının mehriban üzləri kimi sərt sifətləri var. Bəzi sənətçilər millətin üstünə maşın sürdürərək döydürürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB