Nadir Qafarzadə Azərbaycanı tərk etdi

Nadir Qafarzadə Azərbaycanı tərk etdi

Müğənni Nadir Qafarzadə Moskvada səfərdədir. İfaçının oraya getməsinə səbəb dövlət tədbirində iştirak etməsidir. SİA-ya açıqlama verən sənətçi Bakıya konsertdən sonra qayıdacağını söyləyib: "Moskvaya getməmişdən qabaq mən və bir neçə sənətçi dostum Rusiyanın Çelyabinsk şəhərində konsert proqramı ilə çıxış etdik. Konsert uğurlu keçdi. Hazırda mayın 21-də Astaraxanda verəcəyim konsertə hazırlaşıram. Hələ ki, Bakıya qayıtmaq niyyətində deyiləm. İnşallah, konsertdən sonra vətənə qayıdacam".

Bütün xəbərlər Facebook səhifəmizdə