Bu gün reper Hüseyn Dəryanın "Pul" adlı klipinin mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə müğənni Kərim Abbasov, reper Dado, media nümayəndələri və başqaları iştirak edib.
Mərasimi giriş sözü ilə açan reper yeni gördüyü işlər haqqında "ağızdolusu" danışaraq məlumat verib: "Hər zaman şəxsi həyatımla gündəmə gəlmişəm. İndi isə yeni işlərimi ortaya çıxararaq yaradıcılığımla məşğul olmaq istəyirəm. Onu da deyim ki, "Pul"adlı klipin rejissoru Tural Ozana məxsusdur. Ümumiyyətlə mənə bu işdə köməyi olan hər kəsə təşəkkür edirəm".
Hüseyn Dərya mətbuat konfransında özü haqqında maraqlı mövzuya toxunub. O, jurnalistlərə bundan sonra şəxsi həyatı barədə sual verməmələrini rica edib. Media üzvlərinin sual vermədiyini görən reper, özü jurnalistlərlə sual-cavab etməyə başlayıb: "Bundan sonra mənə şəxsi həyatım barədə və narkotika haqda heç bir sual verməyin. Çünki cavablandırmayacam. İndi isə siz maqazin jurnalistlərindən soruşmaq istəyirəm ki, reperlərdən başqa narkoman olmayan sənətçilər var"? Onun bu sözlərindən qəzəblənən müğənni Kərim Abbasov Hüseyn Dəryanın cavabını verib: "Dərinə getmək lazım deyil . Hər yerdə pis və yaxşı insanlar var".
Qeyd edək ki, Hüseyn Dəryanın "Pul"adlı klipi jurnalistlər tərəfindən bəyənilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB