Məhşur aktrisa döş xərçənginə tutulub

Məhşur aktrisa döş xərçənginə tutulub

Amerikanın "Oscar" mükafatlı məhşur aktrisası Ancelina Colinin döş xərçəngi olduğu deyilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Coli "New York Times" qəzetinə səhhəti haqqında ciddi məlumat verib. Aktrisanın dediyinə görə, həkimlərin qoyduğu dioqnoza əsasən 87% döş xərçəngi, 50% isə yumurtalıq xərçəngi olduğunu və xəstəxanaya yerləşdirildiyini bildirib. Fevral ayının 2-də dioqnoz qoyulan 37 yaşlı Angelina Coli əməliyyat olunub.

Əməliyyat keçirdikdən sonra "Oscar" mükafatlı məhşur aktrisa açıqlama verib: "Bu heç də asan qərar deyil. Sadəcə hərəkətə keçib xəstəliyimin daha da irəliləməsinin qarşısını almalıyam. İstəmirəm ki, mənim də övladlarım anasız böyüsün".

Qeyd edək ki, məhşur aktrisa Ancelina Colinin anası 10 il xərçəng xəstəliyi ilə mübarizə aparsa da, 56 yaşında dünyasını dəyişib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə