Teleaparıcı, təşkilatçı, aktyor Sərxan Kərəmoğlu təşkilatçılıqdan danışıb. O, Azərbaycanla yanaşı bu vaxtadək bir çox əcnəbi ölkələrdə konsertlər təşkil etdiyini dilə gətirib. Təşkilatçı Heydər Əliyev Sarayında keçirilən konsertlərdən də söz açaraq bəzi məqamlardan xoşu gəlmədiyini etiraf edib: "Bu zamanadək vətənimizlə yanaşı xarici ölkələrdə də konsertlərin təşkilatçılığını etmişəm. Amma məni narahat edən Heydər Əliyev sarayında keçirilən konsertlərdir. Buna səbəb isə sarayın direktoru əməkdar mədəniyyət işçisi Fərhad Babayevin qoyduğu qadağadır. Onu da söyləyim ki, o insana böyük hörmətim var. Bəlkə də Fərhad bəy kimi insan ikinci dəfə dünyaya gələ bilməz. Məni sadəcə olaraq Heydər Əliyev Sarayında bəzi qanunlar qane etmir. Fərhad bəy qadağa qoyub ki, sarayda fonoqrama oxumaq olmaz. Amma daha bilmirlər ki, müğənni yorulur, səsi qaçır. İfaçı istirahət məqsədilə 1-2 musiqini fonoqrama oxusa, məncə heç bir problem olmaz. Nəzərinizə çatdırım ki, əcnəbi ölkədən təşrif buyuran sənətçilər şortla və özlərinə sinə qoyaraq səhnəyə çıxırlar. Görəsən bu məsələyə niyə heç kim heç nə demir"?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB