Azərbaycanlı müğənni Günel Ələkbərova yaradıcılığındakı uzun fasilədən sonra iş başına dönüb. Günel yeni mahnılar üzərində çalışır. Bu haqda SİA-ya müğənninin özü açıqlama verib: "Şəxsi həyatımdakı problemlərə görə, yaradıcılığımda durğunluq idi. Amma artıq işlərimin başına qayıtmışam. Yeni mahnılar yazdırıram. Bildiyiniz kimi, qarşıdan da yay mövsümü gəlir. Bununla əlaqədar olaraq yeni musiqilər yazdıracam. İnşallah, üzərində çalşdığım mahnılar tamaşaçılar tərəfindən də sevilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB