Hər həftə yayımlanan əməkdar artist Azərinin təqdimatında "Azərinlə bir Avaz" verilişinin bu dəfə qonaqları Kosovadan olacaqlar. SİA-nın verdiyi xəbərə görə, Azərin klarnet ifaçısı Sinan Kaytazi və sevilən müğənni Lindanı verilişinə dəvət edib. Xatırladaq ki, Azərbaycan müğənnisinin hər iki əcnəbi qonağı öz ölkələrində kifayət qədər tanınmış sənətkarlardır. Klassik ifaları, zəngin repertuarı ilə hər zaman türk səhnəsinə hakimlik etməyi bacaran Azərin bu dəfə də ortaq türk xalqlarının mədəniyyətindən danışacaq.
Qeyd edək ki, əməkdar artist yenə də ənənəsinə sadiq qalaraq Azərbaycan musiqisi ilə qonaqlarını və tamaşaçıları salamlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB