Rəhim Rəhimli və Namiq Qaraçuxurlunun birgə dueti

Rəhim Rəhimli və Namiq Qaraçuxurlunun birgə dueti

Azərbaycanın tanınmış iki siması meyxanaçı Namiq Qaraçuxurlu və müğənni-bəstəkar Rəhim Rəhimli bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, onlar yeni duet üzərində çalışırlar. İki şou-biznes nümayəndəsi ümid edir ki, sözügedən mahnı yay aylarında ən çox dinlənilən musiqilərdən biri olacaq. Mahnının sözləri və musiqisi Sami Oruca məxsusdur.

Qeyd edək ki, duetin adı, hələ ki açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə