Türkiyəli teleaparıcının ən böyük arzusu nədir?

Türkiyəli teleaparıcının ən böyük arzusu nədir?

Türkiyəli məhşur teleaparıcı Saba Tümer arzusundan söz açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aparıcının ən böyük xəyalı kinoların birində rol almaqdır: "Bu günə qədər mənə heç bir filmdə oynamaq təklifi gəlməyib. Ancaq dəvət gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm. Hər zaman arzularım həyata keçib. İnşallah, nə vaxtsa kinoda çəkilmək istəyim də reallaşar".

Qeyd edək ki, sözügedən teleaparıcı "Saba Tümer ilə Bu Gecə" adlı verlişinin aparıcısıdır.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə