Azərbaycanın əməkdar artisti Teymur Mustafayev gənc ifaçılardan danışıb. "Teymur əmi" bəzi həmkarlarından fərqli olaraq, hər zaman cavan müğənnilərə xoş münasibət göstərdiyini söyləyib. SİA-ya açıqlama verən xalq artisti onlara dəstək olduğunu da dilə gətirib: "Bəzi sənət dostlarımdan fərqli olaraq gənclərimizin incəsənət aləmində irəli getməklərini istəyirəm. Çünki onlar bizim gələcəyimizdir. Bir şeyi də vurğulayım ki, cavan sənətçiləri həvəsdən salmaq lazım deyil. Əgər onların səhvləri varsa, həyatın özü irad tutacaq. Çünki yaşlı nəslin ifaçıları gənc müğənnilərə irad tutanda, paxıllıq kimi yozulur. Xüsusilə qeyd edim ki, Allah vergisi olan sənətçiyə heç nə mane ola bilməz".
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB