Rəqqasə: “Məni oğru, uğursuz adlandırdı”

Rəqqasə: “Məni oğru, uğursuz adlandırdı”

Türkiyəli məhşur rəqqasə Tanyeli küsülü olduğu həmkarının adını açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rəqqasə onu tez-tez məhkəməyə verən Asena ilə küsülü olduğunu söyləyib: "İlk dəfə etiraf edirəm ki, Asena ilə küsülüyəm. Buna səbəb, məni dəfələrlə məhkəməyə verməsi, oğru, uğursuz kimi adlandırmasıdır. Buna görə illərlə psixologiyam pozuldu. Onunla barışmağı düşünmürəm. Etmədiyim günaha görə məni dəfələrlə məhkəməyə verdi. Bundan sonra məni əsəbləşdirən və incidən insanları tanımıram".

Qeyd edək ki, rəqqasə Tanyeli bu sözləri canlı yayımda efir vasitəsilə həmkarı Asenaya ünvanlayıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə