Seriala çəkilməyinə əri razı olmadı

Seriala çəkilməyinə əri razı olmadı

Türkiyəli məhşur model, keçmiş Belçika gözəli Zeynəb Dəmirələ "Zəngin kız, fakir oğlan" serialında baş rolda oynamaq təklifi gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Zeynəbə hər bölum üçün 15 min türk lirəsi veriləcəyi deyilib. Məhşur model ona edilən təklifi qəbul edib. Volkan isə həyat yoldaşının seriala çəkilməyini istəməyib. Zeynəb Dəmirəl yoldaşının narazılığına görə serialın prodüsseri Birol Güvənə zəng edərək üzr istəyib.

Qeyd edək ki, Zeynəb Dəmirəl məhşur "Fenerbahçe" futbol klubunun qapıçısı Volkan Dəmirəlin həyat yoldaşıdır.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə