Azərbaycanın tanınmış rəqqasələrindən olan Fatimə Fətəliyeva Kürdəmir şəhərində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dövlət tədbirindən qayıdıb. Bununla bağlı öz təəssüratlarını SİA ilə bölüşən rəqqasə bildirib ki, dövlət tədbirlərində sevə-sevə iştirak edir: "Mən müsahibələrimdə hər zaman qeyd etmişəm ki, Ümumimilli Liderimizin şərəfinə təşkil olunan dövlət tədbirlərində, canla-başla iştirak etməyə hazıram. Çünki bu bizim sənətçi olmaqla yanaşı, vətəndaşlıq borcumuzdur. Elə bununla bağlı respublikamızın bir çox regionlarında təşkil olunan tədbirlərə dəvətlər aldım və iştirak etdim. Dünən Kürdəmir şəhərində çıxış etdim. Kürdəmir şəhərindəki iştirakımdan öncə isə, paytaxtımızda təşkil olunan bir neçə tədbirdə də iştirak etdim. Bu tədbirlər üçün heç yerdə nümayiş etdirmədiyim xüsusi rəqs hazırlamışdım. Bu rəqsin adı isə "Maral" adlanır. Rəqsin quruluşuna görə, peşəkar pedaqoq İlham Kərimliyə öz təşəkkürümü bildirirəm. Onu da nəzərinizə çatdırım ki, bir neçə yeni rəqslər üzərində çalışıram. Onları yaxın müddətdə təqdim etməyi düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB