Bu gün ölkəmizdə Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Gül bayramı kimi qeyd edilir. Bu münasibətlə şou-biznes nümayəndələrinin fikirlərini öyrənmək istədik. SİA-ya maraqlı açıqlamalar verən sənətçilərin Ümummilli lider haqqında fikirlərini təqdim edirik:
Əməkdar artist Nüşabə Ələsgərli: "Bu gün həm Ulu Öndərimiz Heydər Əliyevin doğum gününü, həm də Gül bayramını qeyd edirik. Bu iki bayramı fəxarət hissi ilə keçiririk. Dahi şəxsiyyət Heydər Əliyev ökəmiz üçün çox böyük işlər görüb. Mənim üçün isə ən önəmli işlərindən biri Ümummilli Lider Heydər Əliyevin 1994-cü il mayın 5-də Atəşkəs müqaviləsini imzalaması oldu. Ümummilli Lider Heydər Əliyev bu müqaviləni imzalamaqla minlərlə ananın gözündəki yaşı sildi".
Müğənni Günel Ələkbərzadə: "Bu gün Umummilli Lider Heydər Əliyevin ad günüdür. Eyni zamanda da Gül bayramıdır. Bu tarix azərbaycanlılar üçün çox önəmlidir. Çünki Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafında misilsiz rolu olub. O, hakimiyyətə gəldikdən sonra millət yaxşı yaşamağa başlayıb. Ölkəmizdə bir çox dəyişikliklər olub. Ölkəmiz gözəlləşərək müasirləşib".
Müğənni Rüfət Axundov: "Bu gün Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyidir. Həm də Gül bayramıdır. Bu günlə bağlı artıq bir neçə gündür ki, bölgələrimizdə konsert veririk. Onu da nəzərinizə çatdırım ki, 10 may tarixi azərbaycanlılar üçün çox önəmlidir. Çünki biz Ulu Öndər Heydər Əliyevi çox sevirik. Bir sözlə, Azərbaycan xalqı onunla fəxr edir".
Müğənni Elçin Hüseynov: "Bu gün Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyidir. Bu gözəl günlə yanaşı, həm də Gül bayramıdır. Xalqımız 10 may tarixini hər il böyük təmtəraqla qeyd edir. Nəzərinizə çatdırım ki, bu günlə bağlı artıq bir neçə gündür ki, bölgələrimizdə konsert proqramlarında iştirak edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB