İlahə İbadova veriliş zamanı maraqlı jest edib

İlahə İbadova veriliş zamanı maraqlı jest edib

Müğənni İlahə İbadova çəkilişlərin birində maraqlı jest edib. Bu günlərdə aşıq Mübarizlə Ağdaşa "Zəhmətkeş ulduzlar" verilişinin çəkilişinə yollanan sənətçi gözlənilmədiyi halda səhnəyə çıxaraq, tamaşaçıları təəccübləndirib. Bu haqda təəssüratlarını SİA-ya açıqlamasında İlahənin özü danışıb: "Yol üstü mədəniyyət evində keçirilən kitab bayramını izləməyə getdik. Aparıcı Ülviyyə xanımın təşəbbüsü ilə qəfil səhnəyə çıxıb oxumağa başladıq. Hamı təəccüb içində bizi izləyirdi. Çünki proqramda adımız yox idi. Yazın bu çağında rayon səfəri bir başqa olur".

Nəzərinizə çatdıraq ki, sənətçilər uzun yol qət etmələrinə baxmayaraq, verlişin şərtlərinə görə, yorulana kimi yaşlı kənd sakininin köməyinə yetişiblər. Xanım sənətçi həm mətbəxdə, həm də həyət-bacada əl qabliyyətini göstərib. Axşam saatlarında isə hər iki sənətçinin ifasında maraqlı musiqi nömrələri təqdim edilib. Musiqiçilərin sorağına gələn kənd camaatı onları həvəslə dinləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə