Məhşur müğənninin avtomobilini soydular

Məhşur müğənninin avtomobilini soydular

Türkiyəli məhşur müğənni Özcan Dəniz qəbiristanlığa ziyarətə gedib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu zaman ifaçının avtomobilinin şüşələrini qıraraq qarət ediblər. Sənətçinin maşından notebukunu, fotoaparatını, günəş eynəyini və papağını oğurlayıblar. Babasının və nənəsinin məzarını ziyarət edən ifaçı başına gələn hadisəyə görə, polisə müraciət edib.

Qeyd edək ki, sənətçinin avtomobilindən 3 min manatlıq oğurluq edən şəxs tutulub və istintaqa cəlb olunub.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə