“Vəzifəmiz təhlükə” filmi 700 milyon dollar qazandırıb

“Vəzifəmiz təhlükə” filmi 700 milyon dollar qazandırıb

Amerikalı məhşur aktyor Tom Kruz yeni layihə üzərində çalışır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aktyor "Vəzifəmiz təhlükə" filminin 5-ci hissəsinin çəkilişinə start verəcək. Filmdə casus obrazını Ethan Hawkeni canlandıracaq. Aksion filmlərinin undulmaz siması 50 yaşlı Kruz, J.J Abramsın Bad Robot adlı istehsal şirkəti ilə birlikdə filmin prodüsserliyini boynuna götürüb.

Qeyd edək ki, "Vəzifəmiz təhlükə" adlı filmin 2011-ci ildə 4-cü seriyası 700 milyon dollar qazandırıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə