Türkiyəli biznesmen Mehmet Birgen qızına Ajda Pekkanın adını qoyub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni ilə biznesmen illər əvvəl böyük sevgi macərası yaşayıblar. İş adamının oğlunun ad günündə qızı da iştirak edib. Mehmet Birgen qızının adının Ajda olması qonaqların diqqətindən yayınmayıb. Ajda Pekkan ilə 30 il əvvəl böyük eşq yaşamış biznesmen Mehmet Birgen görünür, ayrıldıqdan sonra da ifaçını unuda bilməyib.
Qeyd edək ki, iş adamı amerikalı həyat yoldaşından olan ilk qızına superstarın adını verib. Hazırda Mehmet Birgenin qızı Ajda Birgenin 24 yaşı var.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB