Günay İbrahimli boş dayanmır

Azərbaycan estradasının aktiv müğənnisi Günay İbrahimlidən yeni xəbər var. SİA-nın verdiyi xəbərə görə, Günay yeni mahnı üzərində çalışır. Sənətçinin yeni mahnısı "Söz olar" adlanır. Adıçəkilən mahnının sözləri və musiqisi Tural Bakuviyə aiddir.

Qeyd edək ki, "Söz olar" adlı yeni mahnının aranjimanı isə Ramal Rəsula məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə