Əməkdar artist həmkarlarına dırnaqarası yanaşdı

Əməkdar artist həmkarlarına dırnaqarası yanaşdı

Azərbaycanın əməkdar artisti Lalə Məmmədova şou-biznesdən danışıb. O, qalmaqallardan hər zaman uzaq olduğunu dilə gətirib. SİA -ya açıqlama verən sənətçi həmkarlarının söz-söhbətlərlə gündəmdə qalmaq niyyətlərinə dırnaqarası baxdığını söyləyib: "Şou-biznesdə qalmaqallar səngimədən davam edir. Amma mən dava-dalaşdan kənar biriyəm. Həmkarlarımın dedi-qodu ilə gündəmləri zəbt etməklərinə dırnaqarası yanaşıram. Fikrimcə, incəsənət adamları yaradıcılıqları ilə tamaşaçıların diqqətini cəlb edərək özlərinə hörmət qazanmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə